Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən -nəzarət-profilaktiki tədbirlər davam etdirilir

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində pandemiya qaydalarına riayət edilməsi məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçirərək, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat veriblər. Obyekt sahiblərinə və sakinlərə izahedici söhbətlər zamanı mövcud qaydalara mütləq şəkildə riayət etmələrinin vacibliyi izah olunub.

Bundan əlavə RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə  maarifləndirici söhbətlər apararaq, marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunmasının təmin edilməsini tapşırıblar.

Keçirilən tədbirlər zamanı qaydaları pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam