Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Ağdamda -çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Baharlı kənd sakinləri Hadı Xəlilov və oğlu, Gündüz Xəlilov saxlanılıblar.

Onların yaşadıqları fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidən təmiz çəkisi 3 kiloqram 880 qram olan qurudulmuş marixuana  və yaş çəkisi 50 kiloqramdan artıq olan kultivasiya yolu ilə yetişdirilmiş 94 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam