Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Balakəndə qarğıdalı sahəsində -narkotik bitkilər becərən qonşular saxlanılıb

Balakəndə qarğıdalı sahəsində narkotik bitkilər becərən qonşular saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində bir neçə uğurlu əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayonun Şərif kəndindəki qarğıdalı sahəsində çətənə kollarının əkilib-becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və orada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin rayon sakinləri Zumrat Seriyev və Vüqar Heydərov olduqları müəyyən edilib. Keçirilən tədbir zamanı həmin şəxslər elə “iş başında” saxlanılıb. Baxış zamanı sahədən 18 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı qonşu olan V.Heydərovla Z.Seriyevin çətənə kollarını 2 ay öncə başqa şəxsə məxsus qarğıdalı sahəsində becərdikləri və vaxtaşırı aqrotexniki qulluq göstərdikləri məlum olub.
Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş, rayonun Xalatala kənd sakini Nizami Dibirov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı çəkisi 2 kiloqramdan artıq olan 8 ədəd çətənə kolu aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam