Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FHN: -"Qəbələdəki yanğın söndürülüb"

FHN: Qəbələdəki yanğın söndürülüb

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.

Yenixeber.org: Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.

Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam