Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan bankları yarım ildə -1,9 mlrd dollarlıq nağd xarici valyuta alıb-satıb

Azərbaycan bankları yarım ildə 1,9 mlrd dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin I yarısında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, hesabat dövründə tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir.

Bu ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,2 % azalaraq 12,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,3 %-i ABŞ dollarında, 14,7 %-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,3 %-i banklararası valyuta bazarında (BVB), 70,7 %-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Dövr ərzində BVB-də əməliyyatların 99,2 %-i ABŞ dollarında, 0,8 %-i avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 8,6 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 79,6 %-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 94,9 %-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 42 % azalaraq 1,9 milyard ABŞ dolları ekvivalentində olub.

Bunun 84,2 %-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında may və iyun aylarında bankların valyuta alışı satışları üstələyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam