Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Balakəndə iki koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, rayonun Hənifə kənd sakini Samrin Əlimərdanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və avtomobilini təmir məntəqəsinə aparıb.

İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan daha bir rayon sakini Sevda Mamedova da ictimai yerdə müəyyən edilib. Hər iki şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların barələrində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam