Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baş nazirdən toylarla bağlı -YENİ QƏRAR

Baş nazirdən toylarla bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.

Yenixeber.org: Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub

Dəyişikliyə əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Bu qərara qədər 50 nəfərə qədər iştirakçısı olan mərasimlərdə COVID-19 pasportu tələb olunmurdu.

Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam