Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

EMA: -"COVID-19-a qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir"

EMA: COVID-19-a qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir

"Hazırda koronavirusa qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir".

Yenixeber.org: Bu barədə Avropa Dərman Agentliyindən (EMA) koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edərkən məlumat veriblər.

“Vaksinlərin effektivliyi və qoruma müddəti haqqında məlumatlar göstərir ki, Aİ/Avropa İqtisadi Zonasında icazə verilən bütün vaksinlər hazırda COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilməkdən, xəstəliyi ağır keçirməkdən və ölümdən yüksək səviyyədə qoruma xüsusiyyətinə malikdir.Bu vəziyyətdə əsas prioritet hələ vaksinlənməmiş şəxslərə peyvənd vurulması olmalıdır”, - məlumatda bildirilib.

Agentlikdən onu da deyiblər ki, vaksinləmə səylərindən başqa, fiziki məsafənin saxlanması, əllərin və nəfəs yollarının gigiyenasına riayət, həmçinin lazımi yerlərdə maskadan istifadə kimi tədbirlərin tətbiqi son dərəcə vacibdir.

“Agentlik vaksinlərinin koronavirusun bütün yeni variantlarından qorumasını təmin etdiyini araşdırmaları üçün bütün istehsalçılara müraciət edib”, - EMA-dan bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam