Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident ali mükafatla təltif edildi

 

Bu gün Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib. 

 

"Xeberinfo.com":  Azərtac-a istinadən xəbərə görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.

Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildirən rəmzi lent kəsilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Stiven Qaysa BAMF-ın fəxri diplomları təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam