Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Balakəndə -narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

 

 

         Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

         DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Elşad Mustafayev idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə hərəkətdə olarkən saxlanılıb. Polis Şöbəsində şəxsi axtarış zamanı ondan  bükümlərdə 7 qram, avtomobilə baxış keçirilən zaman isə 144 qram narkotik vasitə olan heroin aşkarlanıb.

         Araşdırma zamanı E.Mustafayevin həmin narkotik vasitəni satış məqsədilə üzərində və avtomobilində daşıdığı məlum olub.

         Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Mahamalar kənd sakini İlkin Paraşov saxlanılıb. Ondan da heroin aşkar olunaraq götürülüb.

         Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

 Elşad Mustafayev və İlkin Paraşov 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam