Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Quba polisi -narkotik satan şəxsi yaxalayıb

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Yenixeber.org-a bildirdiyinə görə RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb. Həmin şəxsin evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İ.Məmmədli həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayonun Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu saxlanılıb. Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam