Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu ölkədə 3 minə yaxın tibbi heyət işdən kənarlaşdırılıb-SƏBƏB

 

Fransada peyvənddən imtina edən 3 minə yaxın tibbi heyət işdən kənarlaşdırılıb
Fransada 3 minə yaxın həkim, tibb bacısı və digər tibb işçiləri koronavirus əleyhinə peyvənddən imtina etdikləri üçün müvəqqəti olaraq işdən kənarlaşdırılıblar.
Yenixeber.org: Bu barədə BBC məlumat yayıb. Fransada qəbul olunan və artıq qüvvəyə minən qərara əsasən bütün tibbi personal, yanğınsöndürənlər və qocalar evlərində çalışanlar mütləq peyvənd olunmalıdır.
Fransanın həmrəylik və səhiyyə naziri Olivye Veran işdən çıxarılma hallarının müvəqqəti xarakter daşıdığını, həmin şəxslərin peyvənd olunduqdan sonra işə qayıdacaqlarını bildirib.
Peyvəndə görə tibb işçilərinin işdən çıxarılması bəzi şəhərlərdə etirazlara səbəb olub. Məsələn, Nitsa şəhərində xəstəxanalardan birinin peyvənd olunmamış 450 əməkdaşı nümayiş keçirib. Nümayişlər zamanı 3 polis əməkdaşı yaralanıb, 96 nümayişçi saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib. Montelimarda həkim çatışmazlığı səbəbindən cərrahiyyə əməliyyatları təxirə salınıb.
Bundan əlavə, COVID-19-a qarşı peyvənd tələbi onlarla tibb işçisini istefa verməyə sövq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam