Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

BMT Əfqanıstanda yardım missiyasının müddətini uzadıb-altı ay

BMT Əfqanıstanda yardım missiyasının müddətini altı ay uzadıb

BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı yardım missiyasının müddətini daha altı ay, yəni 2022-ci il martın 17-dək uzadıb.

Yenixeber.org: Missiyanın səlahiyyət müddəti sentyabrın 17-də başa çatıb.

Bundan əvvəl missiyanın müddəti bir il yenilənirdi. Bu dəfə Estoniya və Norveç Təhlükəsizlik Şurasına missiyanın mandatının altı ay uzadılmasını təklif edən qətnamə layihəsi təqdim edib.

BMT Təhlükəsizlik Şurası Əfqanıstanda terrorla mübarizənin, həmçinin ölkə ərazisinin terrorçular tərəfindən istifadə edilməməsinin vacibliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, təşkilatın Əfqanıstandakı yardım missiyası 2002-ci ilin martın 28-də təsis edilib.("RİA Novosti")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam