Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gənclər və idman naziri -"Teknofest"ə qatılıb

Gənclər və idman naziri "Teknofest"ə qatılıb
Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest - Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib.
Yenixeber.org: Nazirlikdən  verilən məlumata görə, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, Türkiyə Gənclik Mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.



Nazir həmçinin "Bayraktar TB2", “Akıncı” və digər hərbi təyyarələrin nümayişini izləyib.

Qeyd edək ki, sayca dördüncü ildir keçirilən beynəlxalq tədbirin əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Bu il 34 kateqoriya üzrə, 44 912 komanda tərkibində 200 000 insan iştirak edir və dünyanın ən böyük texnologiya festivalıdır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam