Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Somalidə partlayış törədilib -7 sülhməramlı hərbçi ölüb

Somalidə partlayış törədilib, 7 sülhməramlı hərbçi ölüb

Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqı missiyasının tərkibinə daxil olan 7 sülhməramlı hərbçi ölüb.

Yenixeber.org:  Məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə Somalinin Orta Şaballe vilayətinin Maxaday şəhərində sülhməramlıların avtomobil karvanı keçən yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayış nəticəsində Burundidən olan 7 hərbçi ölüb, 1 zirehli nəqliyyat vasitəsi məhv olub.

Hakimiyyət partlayışın məsuliyyətini “Əş Şabab”ın daşıdığını bildirib.

Başqa məlumata görə, sentyabrın 25-də Somalinin paytaxtı Moqadişoda, Əl-Qab rayonunda nəzarət-buraxılış məntəqəsində də partlayış törədilib. Bu hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.

Qeyd edək ki, 2007-ci ilin yanvarında Afrika İttifaqının qərarı ilə Uqanda, Burundi, Efiopiya, Keniya və Cibuti sülhməramlı missiyanın tərkibində Somaliyə hərbçilərini göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam