Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Telman İsmayılov həbs olundu-Monteneqroda

 

Telman İsmayılov Monteneqroda saxlanılıb

Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Yenixeber.org: Bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.

İlkin məlumata görə, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.

Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub.

2099-cu ildə direktoru olduğu Moskvanın ən böyük topdansatış mərkəzi sayılan Çerkizovski bazarının fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər alıb. Sanitariya orqanları orada çoxsaylı qanun pozuntuları aşkar etdikdən sonra bazar bağlanıb.

Rusiyada o, qətl və qanunsuz silah alverində ittiham olunur. Telman İsmayılovun Monteneqroda saxlanılması da Rusiyanın təqdim etdiyi order əsasında baş tutub.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam