Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baş qərargah rəisi müavininə cinayət işi açıldı-mənimsəmə, saxtakarlıq,...

Ermənistanda baş qərargah rəisi müavininə qarşı cinayət işi qaldırıldı

Ermənistanda daha bir yüksək rütbəli hərbi məmura qarşı cinayət işi qaldırılıb.
Yenieber.org: Son günlər hərbi cinayətləri araşdıran istintaqçılar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qaltsyanın tutulması üçün vəsatət qaldırıb.
Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın döyüş sursatı tədarükündə sui -istifadə ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildiyini təsdiqləyib.
Xatırladaq ki, dünən erməni mediası Baş qərargah rəisi müavinin evində axtarış aparılması və Qaltsyanın istintaqa cəlb edilməsi haqqında xəbər yaymışdı.

Onun keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirildiyi deyilirdi. Sentyabrın 30-da isə Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda mənimsəmə şübhəsi ilə həbs edib. Ardınca "Patron Davo" kimi tanınan iş adamı David Qalstyan saxlanıldı.
Tonoyan və Qalstyan 2,3 milyard dram (təxminən 4,7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlərdə, saxtakarlıqda şübhəli bilinirlər. İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə günahlandırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam