Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukrayna Gürcüstandan xahiş edib-Mixail Saakaşvili ilə bağlı

Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixail Saakaşvilinin ukraynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.

Yenixeber.org: Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolneko bildirib. O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub.

Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb. Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam