Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"İranda yaşayan soydaşlarımız biganə qalmayacaqlar"-"Gərginlik yolu seçiblər və bu, bumeranq effekti verəcək”

Politoloq: İranda yaşayan soydaşlarımız Azərbaycanla gərginliyə biganə qalmayacaqlar

“İran Qarabağa yükləri qanunsuz olaraq daşıyırdı. Diplomatik kanallarla xəbərdarlığa, notaya əhəmiyyət vermədilər. Nəhayət, Gorus-Qafan yolunu nəzarətə götürməli olduq”.

Yenixeber.org: Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, qonşu ölkə son zamanlar tutduğu mövqe və ritorika ilə ən çox özünə ziyan vurur: “İran daxili işlərimizə müdaxilə edərək Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına, İsraildən silah almağımıza narazılığını bildirir. Halbuki biz Tehranın daxili işlərinə qarışmırıq. Beləliklə, İran süni surətdə gərginlik yaradır. Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasını da istəmir. Hərçənd bu, yalnız Bakı ilə İrəvan arasında olan məsələdir”.

Elxan Şahinoğlu

Politoloq hesab edir ki, İranın yeni Prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası ya siyasətdə naşıdır, ya da Bakı ilə münasibətlərdə gərginlik yolunu seçiblər: "Nəticə etibarilə ən çox zərər çəkən İran özü olacaq. Orada yaşayan soydaşlarımız proseslərə biganə qalmayacaqlar. Aqressiv siyasət, saxta ittihamlar davam etdikcə münasibətlər normallaşmayacaq. Onsuz da hava sahəsindən istifadəyə qadağa qoymaqla nəyəsə nail ola bilməyəcəklər. Alternativ yollardan istifadə edəcəyik. Dediyim kimi, bilərəkdən gərginlik yolu seçiblər və bu, bumeranq effekti verəcək”.

Qeyd edək ki, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam