Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baş Prokurorluq saxta -“səyahət turlarını” satanlara xəbərdarlıq edib

Baş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib

Son zamanlar ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır.

Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Qeyd olunub ki, bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər: "Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Baş Prokurorluq saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam