Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

General Mövlam Şıxəliyevin Novxanıdakı milyonluq əmlakları ilə bağlı QƏRAR

Generalın Novxanıda olan milyonluq əmlakları…

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin Novxanı kəndində olan bağ evlərinin üzərinə həbs qoyulub.

Yenixeber.org: Mövlam Şıxəliyevə məxsus Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə məhkəmə qərar verib.

Bundan başqa, generala məxsus Binəqədi rayonu, Novxanı kəndi, 686 kv.m, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşənmaz əmlaklarının üzərlərinə həbs qoyulub.

Generala məxsus bu əmlakların qiyməti 5 milyon manata yaxın olduğu iddia edilir. Bu əmlaklar satılsa, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi mümkün olar.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş şəxs qismində tanınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam