Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Texniki-Humanitar Liseydə 50 manat verməyən şagirdlər dərsə buraxılmadı-araşdırma başladı

 

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb.

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Pulun hansı məqsədlə yığıldığı bilinmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, – deyə idarədən qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam