Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemi tətbiq edildikdən sonra insanların kartlardan istifadəsi ilə bağlı problemlər yaranıb. Belə ki, sərnişinlər kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayətlənirlər.

Yenixeber.org: Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən verilən açıqlamada problemin həlli ilə bağlı işlər aparıldığı bildirilib:

“Bu kimi texniki problemlər üzə çıxdıqca aradan qaldırılır. Problem tək karta pulun yüklənməsində gecikmənin olması deyil, başqa problemlər də olur. Onların da aradan qaldırılması üçün hazırda texniki heyət iş görür”.

“Müəyyən gecikmələr ola bilər, amma pulun kart hesabına oturmaması mümkün deyil”, - deyə qeyd edilib.

Məlumat üçün deyək ki, bu il sentyabrın 28-dən Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə başlanılıb. Sərnişinlər kartları avtobus sürücülərindən əldə edirlər. Kartın qiyməti isə 2 manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam