Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Salyanda oğurluq edən şəxs saxlanılıb

 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə sentyabr ayının 25-də Salyan rayon ərazisində fəaliyyəti dayandırılımış nasosxanadan iki ədəd elektrik mühərriki, bir ədəd nasos və digər avadanlıqları, eləcə də oktyabr ayının 11-də rayon sakini A.Abbasova məxsus  bir ədəd elektrik generatoru oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş avadanlıqların bir qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Salyan RPŞ-də araşdırmalar aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam