Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Özbəkistanda prezident seçkiləri başlayıb -KİMLƏR NAMİZƏDDİR?

Oktyabrın 14-ü Özbəkistanda prezident seçkisinin erkən səsverməsi başlayıb. Bu proses oktyabrın 20-də bitir. Əsas səsvermə oktyabrın 24-nə təyin olunub.

Yenixeber.org: Dövlət başçısı kürsüsünə 5 iddiaçı var. Sosial Demokrat Partiyası Bəhram Abduhalimovu, Xalq Demokrat Partiyası Məqsudə Vorisovanı, Milli Dirçəliş Partiyası Əlişir Qədirovu, Ekologiya Partiyası Narzulla Oblomuradovu namizəd göstərib.

Liberal Demokrat Partiyasının namizədi indiki prezident Şövkət Mirziyayevdir. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev Özbəkistan Ali Sovetinin, Ali Məclisinin deputatı, paytaxt Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak vilayətinin, Səmərqənd vilayətinin icra hakimi olub. 2003-cı il dekabrın 12-dən baş nazir postunu tutub.

2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.

Özbəkistan prezident idarə üsulu 1990-cı ildən tətbiq olunur. Həmin ildən vəfat etdiyi 2016-cı il sentyabrın 2-dək prezident postunu İslam Kərimov tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam