Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ermənistan vətəndaşı yol polisimizə cərimə ödəyəcək-Erməni mediası

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Syunik rayonunda (qərbi Zangezur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunetsi adlı sakini, yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.

Yenixeber.org: Bu barədə "Yerevan.Today" məlumat yayıb.

Yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. "Vorotana getdim, məni türk (azərbaycanlı, -red) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənir.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisində Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər: “Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda, onların avtomobilləri Gorus-Vorotan magistral yolunda müsadirə olunaraq, cərimə dayanacaqlarına aparılacaq ”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam