Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“COVID-19” pasportu olmayan -119 nəfər toylara buraxılmayıb

“COVID-19” pasportu olmayan 119 nəfər toylara buraxılmayıb
Oktyabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.
Yenixeber.org: DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, monitorinq 58 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139.1.1-ci(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam