Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

 Biləsuvarda 3 ərəb saxlanılıb-Qanunsuz ov edirmişlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Yenixeber.org: Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış 4 çobanaldadan quşu aşkar edilərək götürülüb.

Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Rashed Ghareeb Rashed Darwish Almansoori, İbrahim Ghareeb Rashed Darwish Almansoori, Mohamed Rashed Ghareeb Rashed Almansoori olduğu müəyyən edilib və hər biri 2000 manat məbləğində cərimə olunub.

Xidmət rəsmisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam