Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mədəniyyət naziri: -“Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq”

Anar Kərimov

 

"Canəli Əkbərov Azərbaycan ictimaiyyətinə, Azərbaycan mədəniyyətinə və Azərbaycanın dünyada tanıdılmasına böyük töhfələr vermiş şəxsiyyətdir."

Yenixeber.org: Bunu mədəniyyət naziri Anar Kərimov Xalq artisti Canəli Əkbərovun dəfn mərasimində deyib.

O bildirib ki, Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir: "O, muğam sənətinin inkişafına böyük töhfələr vermiş bir şəxsiyyətdir. Dövlət tərəfindən Canəli Əkbərovun fəaliyyəti daim yüksək qiymətləndirilib, müxtəlif mükafatlara laureatları layiq görülüb. Bu gün onun davamçıları var. Onun tələbələri bu mirası ondan sonra da yaşatmalıdırlar. Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq. O, mədəniyyətimizdə unudulmaz izlər qoyub. Bu gün bura toplaşan yaxınlarına, ailə uzvlərinə, bir sözlə bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam