Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sahibə Qafarova -Monteneqro Parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Aleksa Becic

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Monteneqro parlamentinin sədri Aleksa Becic ilə görüşüb.

Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişafı haqqında müzakirələr aparılıb.

Yüksək səviyyəli səfərlərin siyasi münasibətlərimizin inkişafında xüsusi rol oynadığı vurğulanıb.

Söhbətdə Azərbaycanla Monteneqro arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışılıb, bu sahədə dostluq qruplarının xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi, humanitar, mədəni, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam