Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İstanbulda -Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib

İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib

İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformunun ilk toplantısı keçirilib.

Yenixeber.org: Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.

Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam