Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu il Azərbaycanda -99 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir.

Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.

Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam