Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Koronavirusa qarşı daha bir peyvənd qeydə alınıb-FOTO

 

ÜST koronavirusa qarşı daha bir peyvəndi qeydə alıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın “Bharat Biotech“ şirkətinin koronavirusa qarşı hazırladığı “Covaxin“ peyvəndinin istifadəsinə icazə verib.
Yenixeber.org: Qurumun tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb. Bununla da BMT təsisatlarının portfoliosuna koronavirusa qarşı sayca səkkizinci peyvənd əlavə edilib, onlara bu peyvəndin alışı və paylanmasına icazə verilib.
ÜST tərəfindən yayılan məlumatda qeyd olunur ki, keyfiyyət, təhlükəsizlik, təsir gücü, risk menecmenti planı və proqrammatik yararlılıq üzrə məlumatların tədqiqi əsasında peyvənd barədə qərar verilib. Qurumun Texniki Məşvərət Qrupu “Covaxin“ peyvəndinin ÜST tərəfindən müəyyən edilmiş COVID-19-a qarşı qoruma standartlarına cavab verdiyi qənaətinə gəlib.
Eyni zamanda, Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) inaktiv SARS-CoV-2 virus hissəciklərindən istifadə olunmaqla hazırlanan peyvəndin aralıq müddəti dörd həftə olmaqla iki dozada tətbiqini tövsiyə edib.
Qeyd edilməlidir ki, ÜST indiyədək “Biontech/Pfizer”, “Moderna”, “AstraZeneca”, “Johnson&Johnson”, “Sinopharm” və “Sinovac” peyvəndlərinin təcili istifadəsinə icazə verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam