Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"S-400" ilə bağlı təkzib-RƏSMİ

 

Ankaradan "S-400" ilə bağlı təkzib
"“S-400" zenit-raket komplekslərinin İncirlik bazasında yerləşdirilməsi barədə şayiələr əsassızdır”. 
Yenixeber.org: Türkiyənin müdafiə nazirliyindəki mənbə “Daily Sabah” agentliyinə müsahibəsində belə deyib.
Bundan bir qədər əvvəl “Sky News Arabia” saytı “S-400” sistemlərinin Adanada ABŞ və NATO qüvvələrinin istifadə etdikləri “İncirlik” bazasına gətirildiyi barədə sensasion açıqlama vermişdi.
Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini alması Ankara-Vaşinqton münasibətlərinin kəskinləşməsinə səbəb olub. Ankaranın Moskvadan bu əsas silah növünü alacağı təqdirdə ABŞ Türkiyəni ona qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələdi.
“S-400” sistemlərinin Rusiya tərəfindən F-35 təyyarələri barədə məxfi məlumatların toplanması üçün istifadə ediləcəyindən ehtiyatlanan Vaşinqton bu zenit-raket komplekslərinin həm də NATO sistemləri ilə uzlaşmadığını da bildirdi.
Türkiyə isə “S-400” komplekslərinin NATO sisteminə inteqrasiya olunmayacağını və alyans üçün heç bir təhlükə yaratmadığını iddia edir.
Bu reallıqlar fonunda “S-400” sistemlərinin “İncirlik” bazasına gətirildiyi barədə məlumatın yayılmasının hansı məqsədlər güddüyü barədə çox məntiqli sual yaranır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam