Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

BMT-nin 9 əməkdaşı saxlanılıb-Efiopiyada

Efiopiyada BMT-nin 9 əməkdaşı saxlanılıb

      Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları saxlanılıb.

Yenixeber.org: Bu barədə BMT Baş katibi Antoniu Quterreşin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, beynəlxalq təşkilat öz əməkdaşlarının azad edilməsi tələbi ilə Efiopiya hökumətinə nota göndərib.

Qeyd edək ki, ötən həftə BMT-nin Baş katibi Efiopiyadakı vəziyyətdən narahatlığını ifadə edib və baş nazir Abiy Əhməd Əliyə dialoqa şərait yaratmaq üçün kömək təklif edib.

Hazırda Efiopiya ordusu ilə “Tıqray Xalq Azadlıq Cəbhəsi”nin qüvvələri arasında qarşıdurma davam edir. 1991-2018-ci illərdə Efiopiyada hakimiyyətdə olmuş "Tiqray Xalq Azadlıq Cəbhəsi" hazırkı baş nazir hakimiyyətə gəldikdən sonra müxalifətə keçib. Efiopiyanın şimalı 2020-ci ilin noyabrından münaqişələrin episentridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam