Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Həbs edilən sabiq icra başçısı ilə bağlı açıqlama-Ədliyyə Nazirliyindən

 

Bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyevin vəkilinə istinadən onun sağlıq durumunun ağır olması ilə bağlı məlumatlar yayılır.

Yenixeber.org: Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil:

“Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub. O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub. M.Quliyev bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.

Bildirirəm ki, virusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub.

Onun səhhətinin ağır olması barədə yayılan xəbərlər doğru deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam