Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Putin Ukraynanın -“Bayraktar”dan qanunsuz şəkildə istifadə etdiyini deyib

“Rusiya Ukraynanın şərqindəki münaqişənin tərəfi deyil”.

Yenixeber.org: Bunu “Rossiya-1” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti bildirib ki, Minsk razılaşmasında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir: "Biz bununla heç vaxt razılaşmamışıq və razılaşmayacağıq”.

V.Putin Ukraynanın Donbassda Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatından istifadəsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ukraynanın "Bayraktar" PUA-dan istifadə etməsi Minsk razılaşmalarını pozur: “Bu, pilotsuz aviasiyadır, lakin bu, münaqişə zonasında istifadə olunan aviasiyadır, Minsk razılaşmaları və sonrakı razılaşmalar ilə qəti qadağandır. Amma heç kim buna belə reaksiya vermir". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam