Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mikayıl Cabbarov bu il qeyri-neft sənayesindən -20%-lik artım gözləyir

Mikayıl Cabbarov

Bu ilin sonuna Azərbaycanın qeyri-neft sənayesinin ölkə sənayesindəki payının 64% səviyyəsində olacağı proqnozlaşdırılır.

Yenixeber.org: Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sənayesi – Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biridir.

"Son üç ildə artım dayanıqlı olaraq 10%-in üstündədir. Bu ilin sonuna 20%-lik artım gözləyirik ki, bu da nəticə etibarilə qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin davamlı şəkildə artması deməkdir", - M. Cabbarov qeyd edib.

Xatırladaq ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 20% artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam