Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda güclü zəlzələ ehtimalı var? -AÇIQLAMA

Noyabrın 20-də Şamaxıda baş verən iki zəlzələdən sonra həmin gecə yenə təkanlar hiss edilib. Qeyd edək ki, zəlzələlərdən biri noyabrın 20-də yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 17 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 bal, ikincisi isə 16:48-də 4,5 bal gücündə olub. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar qeydə alınıb. Mütəxəssislər bunun normal olduğunu, narahatlığa heç bir səbəb olmadığını bildirirlər.

Yenixeber.org: Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu afterşokların davam etməsi normaldır:

"İlin əvvəlindən bu günədək ölkəmizdə dörd minə qədər yeraltı təkan qeydə alınıb. Şamaxıda baş verən zəlzələ il ərzində hiss olunan 14-cü təkandır, qalanları isə hiss edilməyəcək dərəcədə zəif olub. Qısamüddətli proqnoz vermək qeyri-mümkündür. Yaxın zamanlar üçün ölkəmizdə dağıdıcı zəlzələlər gözlənilmir. Aparılan tədqiqatlar onu göstərir ki, zəlzələ ocaqlarında gərginlik yoxdur", - deyə Q.Yetirmişli əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam