Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Restoran sahibi barəsində cinayət işi başlanılıb -Şamaxıda

 Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranda pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranına baxış keçirilən zaman  təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam