Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“AstraZeneca” -“Omikron” ştamına qarşı vaksin anticisimlərini sınaqdan keçirir

“AstraZeneca” “Omikron” ştamına qarşı vaksin anticisimlərini sınaqdan keçirir

“AstraZeneca” koronavirusun yeni “Omikron” ştamına qarşı uzunmüddətli AZD7442 anticisim kombinasiyasını sınaqdan keçirir.

Yenixeber.org: “AstraZeneca” xəbər verir ki, AZD7442 virusa qarşı müxtəlif və bir-birini tamamlayan 2 növ güclü anticismə malik olduğundan effektivliyini saxlayacaq.

Həm 60 min nəfərin iştirakı ilə keçirilmiş kliniki sınaqlar, həm də 170-dən çox ölkədə 100 minlərlə insanın real məlumatları əsasında sübut olunub ki, “Vaxzevria” “SARS-CoV-2” və COVID-19-un narahatlıq yaradan bütün variantlarına qarşı effektivliyə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

İndiyədək bir çox ölkələrdə, o cümlədən Böyük Britaniyada, Niderlandda, Kanadada, Danimarkada, Almaniyada, Belçikada, Çex Respublikasında, İtaliyada və digər ölkələrdə “Omikron” ştamına yoluxma aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam