Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xaçınçay su anbarı və ətrafı minalardan tam təmizlənib

Xaçınçay su anbarı və ətrafı minalardan tam təmizlənib

"Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) də bütün aidiyyəti qurumlar kimi azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsinə cəlb edilib".

Yenixeber.org: Bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun əməkdaşı gizir Bəhram Məmmədov deyib.

Onun sözlərinə görə, işlər sürətlə və intensiv şəkildə aparılır: "Bu il yanvarın 3-dən etibarən Ağdam rayonunun Maqsudlu kəndində və Xaçınçay su anbarı və ondan qidalanan kənd təsərrüfatı təynatlı kanalların ətrafının mina və partlamamış mərmilərdən təmizlənməsi sürətlə davam edir. Artıq Xaçınçay su anbarı və onun ətrafı tam şəkildə mina və partlamamış mərmilərdən təmizlənib. Hazırda Maqsudlu kəndi ərazisində eyniadlı kanalın ətrafı minalardan təmizlənir. Mülki əhaliyə bir daha müraciət edirəm ki, polis postlarından yayınaraq keçməsinlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam