Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu ölkə Ukraynaya etiraz notası təqdim edib-SƏBƏB

Belarus Ukraynaya etiraz notası təqdim edib

Belarusun Müdafiə Nazirliyi dövlət sərhədinin pozulması ilə bağlı Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib.
Yenixeber.org: Bu barədə bazar günü Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
"Ukrayna tərəfindən hava məkanında Belarus Respublikasının dövlət sərhədinin pozulması hallarının artması ilə əlaqədar ona etiraz notası təqdim edilib”, - deyə məlumatda deyilir.
Bildirilir ki, Ukraynaya məxsus Mi-8 tipli helikopteri dekabrın 4-də hava məkanında Belarusun dövlət sərhədini pozub.
Belarus tərəfi hərbi attaşeyə məlumat verib ki, “Ukrayna tərəfi həm beynəlxalq hərbi əməkdaşlıq, həm də silahlara nəzarət baxımından mübahisəli məsələlərin həlli üçün dialoqdan yayınır ki, bu da çox narahatedicidir”.

“Bu faktların məcmusu Belarus Respublikasının cənub istiqamətində təhlükəsizliyinə təhdid ehtimalını göstərə bilər”, - deyə Belarus Müdafiə Nazirliyi bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam