Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib

Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.

Yenixeber.org: Bu barədə nazirlikdən xəbər verilir.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkə arasında imzalanmış, Astaradakı dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə, Astara (İran) Terminallar Kompleksinə baxış keçirib, bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam