Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Merkelin -təqaüddə ilk günü

Merkelin təqaüddə ilk günü
Almaniya mediası eks-kansler, məşhur xanım siyasətçi Angela Merkelin təqaüdə çıxmasından sonra nə işlə məşğul olması barədə yazıb.  "Bild" nəşrində gedən məqaləyə görə Merkelin təqaüddə ilk günü yeni ofisinə getməsi ilə başlayıb.
Yenixeber.org: Merkel əvvəllər kanslerlik müddəti başa çatdıqdan sonra ilk işinin yatmaq olacağını bildirsə də, görünür, uzunmüddətli vərdişdən qurtulmaq o qədər də asan deyil. Artıq səhər saat 08.20-də o, Berlindəki mənzilindən çıxaraq "Unter den Linden" küçəsindəki yeni ofisinə yollanıb. Sonra keçmiş kansler mühafizəçinin müşayiəti ilə "Hit Ullrich" supermarketində alış-veriş edib. Maraqlıdır ki, mühafizəçisinin olmasına baxmayaraq, o, ərzaq arabasını özü daşıyırmış,-məqalədə yazılıb.

Xatırladaq ki, media Merkelin kansler vəzifəsindən getdikdən sonra əvvəllər Helmut Kolun istifadə etdiyi və "Unter den Linden" küçəsində yerləşən ofisdə işləyəcəyini yazırdı.

Qeyd edək ki, sosial demokrat Olaf Şolz çərşənbə günü Almaniyanın yeni kansleri seçildi. Merkel 2005-ci ildən 16 il Almaniya kansleri vəzifəsində çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam