Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Portuqaliya Ermənistana "Pfizer" göndərəcək-40 min doza

Portuqaliyanın “Observador” qəzeti və bir sıra digər KİV-in məlumatına görə, Portuqaliya “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının dəstəyi layihəsi çərçivəsində “Pfizer-BionTech” şirkətinin istehsal etdiyi 40 min peyvəndi Ermənistana verəcək.

Yenixeber.org: Avropanın Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheli və Polşanın xarici işlər naziri Mateisz Moravieçki bazar ertəsi keçirdikləri mətbuat konfransında peyvənd mübadiləsi proqramının başladığını elan ediblər.

“Polşanın təşəbbüsü ilə başlanan proqram Avropa İttifaqının (Aİ) şərq tərəfdaşları olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə həmrəyliyini nümayiş etdirmək üçün nəzərdə tutulub", - Aİ-nin saytında yerləşdirilən bəyanatda deyilir.

Portuqaliya bu layihə çərçivəsində təmənnasız yardım göstərən ilk ölkə olacaq. "Pfizer" peyvəndinin 40 min dozadan ibarət ilk partiyası Ermənistana gedəcək.

Proqramın büdcəsi 35 milyon avro təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam