Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb-FOTOLAR

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, Fərhad və Ağabala Musayevlər saxlanılıblar.

Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam