Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Ətraf mühiti çirkləndirənlər cərimələnib -Kürdəmirdə

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dekabr ayının 1-dən bu günə qədər şəhər mərkəzində, eləcə də bir neçə kənd ərazisində keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları müəyyən edilib. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 14 vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub. Həmin şəxslərin hər biri 50 manat məbləğində cərimələniblər.

Polis əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətdə tədbirlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam