Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bayram günlərində -Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlanıb

Bayram günlərində Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlanıb

Qeyri–iş günlərində ümumilikdə 21 400-dən çox sərnişin Bakı-Sumqayıt qatarından istifadə edib.

Yenixeber.org: Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500 -5 000 arası sərnişin daşınıb.

Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.

Qeyd edək ki, ölkədə Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayıb. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramı qeyd olunub. Bu il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü elan edilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam