Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb

Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb

Bu il Qarabağın minalardan təmizlənməsi üçün görüləcək işlər açıqlanıb.

Yenixeber.org: Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə əməliyyatlarının vaxtı-vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılmasının davam etdiyini deyib.

Onun sözlərinə görə, ötən il 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub: "Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik. Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb".

Sədr bildirib ki, ötən il imzalanan müqavilələrə əsasən bu il də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır: "Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçən itlərin sayında əlavələr oldu. Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam